Polisi Tbilisidə narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb, müxtəlif növ narkotik vasitələr müsadirə edilib
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo, İsani-Samqori və Qldani-Nadzaladevi baş idarələrinin əməkdaşları külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin realizasiyasının təşviqi ittihamı ilə üç nəfəri, 2002-ci il təvəllüdlü G.Ts, 2007-ci il təvəllüdlü L.K. və xarici ölkə vətəndaşı – 1985-ci il təvəllüdlü N.H.-nı saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ilə bağlı saxlanılan şəxslərin şəxsi axtarışı zamanı və onların göstərdiyi yerlərdən xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələri, o cümlədən “Alfa-PVP”, “Metadon”, “Metamfetamin”, “Mefedron” və “Marixuana”nı maddi sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı dördüncü maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Məlumatı Daxili İşlər Nazirliyi yayır.