Polis Tbilisidə supermarketlərdən birinin yaxınlığında baş vermiş qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə daha bir şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə daha bir şəxsi – 1997-ci il təvəllüdlü Ş.A.-nı saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan cinayət işi ilə əlaqədar: 1970-ci il təvəllüdlü Manana Qiorqobiani, 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. saxlanılıb.
Cinayət doqquz ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs noyabrın 2-də gecə saatlarında bir neçə nəfərlə birlikdə Tbilisidə supermarketlərdən birinin iki əməkdaşına qarşı qrup halında zorakılıq törədib.
İş üzrə aparılan istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən bütün şəxslərin şəxsiyyətini müəyyən ediblər və onları təqsirləndirilən şəxs qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci və ikinci hissələri ilə aparılır, bu isə qrup halında zorakılıq və qrup halında zorakılığın təşkil edilməsi deməkdir.