Polis Tbilisidə mikroavtobus oğurluğu ittihamı ilə bir nəfəri saxlayıb
Tbilisidə nəqliyyat vasitəsi oğurluğu ittihamı ilə keçmişdə dəfələrlə mühakimə olunmuş və hazırda şərti cəza altında olan bir şəxs saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirib və hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yolu ilə ələ keçirilmiş mikroavtobusu elə həmin gün Kaxeti bölgəsinin bələdiyyələrindən birində aşkar ediblər və maddi sübut kimi götürüblər.
Polis “isti izlər”lə keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi şübhəli şəxs qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “d” yarımbəndi ilə aparılır, bu da 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.