Polis Tbilisidə qrup şəklində törədilmiş zorakılıq ittihamı ilə üç nəfəri saxlayıb

12:11, 09.08.2026

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Şöbəsinin əməkdaşları qrup şəklində törədilmiş zorakılıq ittihamı ilə ikisi yetkinlik yaşına çatmayan şəxs də daxil olmaqla, üç nəfəri saxlayıblar.

DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər iki nəfərlə birlikdə, cari ilin 7 avqust tarixində Tbilisidə, Ğazbeqi prospektində “Glovo” şirkətinin kuryerinə sözlü və fiziki təhqir tətbiq ediblər və hadisə yerindən qaçaraq gizləniblər.

Xəsarət alan şəxsə klinikada tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində üç nəfəri hadisədən sonra növbəti gün saxlayıblar. Cinayətdə iştirak edən daha iki nəfərin saxlanılması məqsədilə müvafiq tədbirlər davam etdirilir.

İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsi ilə aparılır.

Oxşar