Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmək və qanunsuz olaraq odlu silahı əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə 1968-ci il təvəllüdlü M.B.-nı həbs ediblər.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, Tbilisidə, Zurab Avalişvili küçəsinin ətraf ərazisində, təqsirləndirilən şəxs keçmişdə münaqişə zəminində 1975-ci il təvəllüdlü M.B.-yə odlu silahdan atəş açaraq ölümcül xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “isti izlər”lə keçirilmiş operativ axtarış və istintaq tədbirləri nəticəsində, qəsdən adam öldürməkdə ittiham olunan M.B.-nı hadisədən bir neçə saat sonra Sameqrelo bölgəsində həbs ediblər.
Cinayətin törədilməsində istifadə olunan silah maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin üzərində şəxsi yoxlama zamanı polis əməkdaşları tərəfindən həmçinin “Metadon” tərkibli 25 həb götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 108, 236 və 260-cı maddələri ilə aparılır, bu da 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.