Polis Tbilisidə baş vermiş qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı bir nəfəri saxlayıb

11:28, 02.08.2026

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Şöbəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs şəxsi mübahisə zəminində soyuq silahdan istifadə edərək kişiyə xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Xəsarət alan kişi müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş operativ təbdirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs şübhəli şəxs qismində “isti izlər”lə saxlanılıb, cinayətin törədilməsində istifadə edilən silah maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar