Polis Tbilisidə ailə üzvünü öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları ailə üzvünü öldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü L.K.-nı saxlayıblar.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olarkən 1940-cı il təvəllüdlü anası N.D.-yə fiziki xəsarətlər yetirib.
Xəsarət almış qadın ağır yaralarla müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq tədbirləri nəticəsində L.K. “isti izlər”lə saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 11-ci prima 19-109-cu maddəsinin “k” yarımbəndi ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.