Polis Tbilisidə ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürmə ittihamı ilə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı şəraitdə qrup şəklində qəsdən adam öldürmə ittihamı ilə iki nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər məişət zəminində başlayan mübahisə zamanı soyuq silahla vətəndaşa çoxsaylı bıçaq xəsarətləri yetirib və hadisə yerindən qaçaraq gizləniblər. Gənc kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən hər iki şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” yarımbəndi üzrə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
DTX-nin mətbuat xidməti məlumat yayır.