Polis Şida Kartlidə qəsdən adam öldürmə faktı üzrə iki nəfəri saxlayıb
Polis Şida Kartlidə qəsdən adam öldürmə faktı üzrə iki nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları “isti iz”lərlə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1968-ci il təvəllüdlü E.M.-ni qəsdən adam öldürmə ittihamı ilə, onun qardaşı 1959-cu il təvəllüdlü E.M.-ni eyni cinayətin törədilməsinə köməklik etməsi faktı üzrə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Kareli Munisipalitetində qarşılıqlı mübahisə zəminində 1996-cı il təvəllüdlü N.C.-ni qəsdən öldürmək məqsədilə əl-qolunu iplə bağlayıblar və boğublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci və 25-108-ci maddələri ilə istintaq aparılır. Cinayət 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.