Polis Şida Kartlidə ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə dörd nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları ağırlaşdırıcı hallarda tərdilmiş qəsdən adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq, gəzdirmək və cinayət barədə xəbər verməmə ittihamı ilə dörd nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, dəfələrlə məhkum olunmuş təqsirləndirilən şəxs, Qori Munisipalitetinin kəndlərindən birində, keçmişdə mövcud olan münaqişə zəminində avtomat odlu silahdan bir neçə atəş açaraq həmkəndlisinə ağır xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.Münaqişə zamanı təqsirləndirilən şəxs daha iki həmkəndlisinin istiqamətində də bir neçə dəfə atəş açıb. Bu zaman onlardan birinə məxsus avtomobilə ziyan dəyib.
İstintaqla həmçinin müəyyən edilib ki, üç nəfər təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət barədə məlumata malik olsa da, baş verənlər haqqında polisə xəbər verməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində onların dördünü də təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayəti törətmək üçün istifadə edilən silah maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 19-109-cu, 236-cı və 376-cı maddələri ilə aparılır, bu da 20 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyi məlumatı yayır.