Polis Sameqreloda xüsusilə külli miqdarda narkotik ələ keçirib, Ukrayna vətəndaşı saxlanılıb
Polis Sameqreloda xüsusilə külli miqdarda narkotik ələ keçirib, Ukrayna vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Senaki rayon şöbəsinin əməkdaşları narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanması və qanunsuz realizasiyanın təşviqi ittihamı ilə Ukrayna Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü O.S.-nı saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərində, avtomobilində və yaşayış evində aparılan axtarış nəticəsində xüsusilə külli miqdarda satış üçün hazırlanmış 50 büküm narkotik maddə – “metadon” tərkibli qranullar və toz halındakı vasitə maddi sübut kimi götürülüb.

İstintaq tədbirləri nəticəsində polis tərəfindən ehtimal ki, narkotik vasitələrin satışından əldə edilmiş pul da götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260-cı dördüncü maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.