Polis Rustavidə heyvana qarşı qəddar rəftar faktı üzrə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları heyvana qarşı qəddar rəftar ittihamı ilə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustavidə soyuq silahdan istifadə edərək sahibsiz itə xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib. Sahibsiz heyvan sığınacağa yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri istintaq tədbirləri nəticəsində cinayəti törədən kişini şübhəli şəxs qismində saxlayıblar, onun üzərində baxış zamanı isə bıçaq maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə aparılır, bu da 3 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.