Polis odlu silahın qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə bir nəfəri saxlayıb

10:59, 28.11.2025

Tbilisi Polis Departamentinin əməkdaşları, silah və döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə 1966-cı il təvəllüdlü G.C.-nı saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin yaşadığı evdə axtarış zamanı 1 ədəd odlu silah, 1 ədəd patron darağı və 7 ədəd patronu maddi sübut kimi götürüblər.

Cinayət altı ilə qədər müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə aparılır.

Oxşar