Polis narkotik vasitənin Gürcüstana gətirilməsi faktının qarşısını alıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin Ğazbeqi Rayon Şöbəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Ğazbeqi Gömrük-keçid məntəqəsinin əməkdaşları tərəfindən birgə və kompleks şəkildə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü R. A. saxlanılıb.
Cinayət 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sərhəd-keçid məntəqəsinin „Dariali“ hissəsində xarici ölkə vətəndaşının əl yükünə baxış zamanı psixotrop vasitəni maddi sübut kimi götürüblər.
Polis R.A-nı şübhəli şəxs kimi saxlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi ilə aparılır.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.