Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz alınması və saxlanması ittihamı ilə 2002-ci il təvəllüdlü O. A. və 1998-ci il təvəllüdlü Rumıniya vətəndaşı A. N., Eritreya vətəndaşı F. M., İordaniya vətəndaşı İ. A. saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, cinayət 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Laqodexi bələdiyyəsində təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə, həmçinin onların hərəkət etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində maddi sübut kimi külli miqdarda narkotik vasitə olan “marixuana” götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 273-cü prima maddəsi ilə aparılır” – DİN-in yaydığı məlumatda deyilir.