Polis Muxranidə iki nəfərə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə iki nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin İstintaq Şöbəsinin əməkdaşları ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama ittihamları ilə əvvəllər məhkum olunmuş iki nəfəri – 1982-ci il təvəllüdlü S.T.-nı və 1986-cı il təvəllüdlü İ.M.-nı saxlayıblar.
Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri ona müşayiət edən şəxslə birlikdə cari ilin 24 yanvar tarixində Mtsxeta bələdiyyəsində odlu silahdan bir neçə atəş açaraq 1980-ci il təvəllüdlü Z.S.-yə və 1985-ci il təvəllüdlü Q.K.-ya ölümcül xəsarətlər yetirib.
“Hər iki təqsirləndirilən şəxs ağırlaşdırıcı hallarda cinayət törətdikdən sonra hadisə yerindən qaçaraq gizləniblər.
Polis iş üzrə aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, cinayətdə iştirak edən hər iki şəxsi təqsirləndirilən şəxs qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 109 və 236-cı maddələri ilə aparılır, bu da 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında deyilir.