Polis Marneulidə yaralama faktı üzrə bir şəxsi saxlayıb
Polis Marneulidə yaralama faktı üzrə bir şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları 1977-ci il təvəllüdlü R.A.-nı qəsdən sağlamlığa ağır xəsarət yetirmək ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1979-cu il təvəllüdlü S.C.-yə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Xəsarət alan kişi klinikaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri istintaq hərəkətləri nəticəsində R. A.-nı təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayəti törətmək üçün istifadə edilən silah – bıçaq maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır, bu da 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyi məlumat yayır.