Polis Ləmbəlli kəndinin sakini olan 17 yaşlı qızı tapdı
Polis Ləmbəlli kəndinin sakini olan 17 yaşlı qızı tapdı

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kaxeti polis departamentinin əməkdaşları Ləmbəlli kəndinin sakini olan 17 yaşlı H.M-yı, aparılan intensiv operativ-axtarış nəticəsində Marneuli munisipalitetinin Candar kəndində tapdılar.

İdarənin məlumatına görə, yeniyetmənin sağlamlıq vəziyyəti təhlükə altında deyil.

Daxili İşlər Nazirliyində bəyan edirlər ki, onunla psixoloq işləyir və vəkilin iştirakı ilə sorğulanacaq.

“Hüquqmühafizəçilər cinayət haqqında xəbərin daxil edilməsindən dərhal sonra, Gürcüstanın Cinayət Məcəlləsinin 143-cü maddəsinin, 3-cü hissəsinin “d” altmaddəsinə əsasən, istintaqa başladılar, hansı ki, həddi-buluğa çatmayan çəxsin qeyri-qanuni şəkildə azadlıqdan məhrum edilməsini nəzərdə tutur.
Cinayətlə bağlı istintaq davam edir.