Polis Kvemo Kartlidə narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 1971-ci il təvəllüdlü A.S.-nı xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Tetritskaro rayonunda saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cniayəti ittihamı ilə saxlanılan şəxsin şəxsi əşyaları və evində aparılan axtarış zamanı 1 kiloqram 300 qram qurudulmuş marixuananı maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” alt bəndi ilə aparılır”, – deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.