Polis Kvemo Kartlidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb

15:12, 12.07.2025

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2006-cı il təvəllüdlü A. A.-nı azyaşlıya qarşı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

DİN-nin məlumatına görə, cinayət 20 ilədək ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində tanışı, 2009-cu il təvəllüdlü N.R.-nın bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Xəsarət alan N.R. xəstəxanaya yerləşdirilib, hazırda ona müvafiq tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri nəticəsində A.A.-nı şübhəli şəxs qismində “isti izlər”lə saxlayıblar.

 Cinayət silahı – bıçaq sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “e” bəndi ilə istintaq aparılır”, – DİN-nin yaydığı məlumatda deyilib.

Oxşar