Polis külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi ittiham ilə bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin Dələduzluğa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə bir nəfəri saxlayıblar.
Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs torpaq sahəsində tikinti icazəsinin alınması və yaşayış evinin tikilməsi məqsədilə zərərçəkmiş şəxsdən mərhələli şəkildə 83 000 lari alıb, lakin razılaşmaya əməl etməyərək həmin vəsaiti qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətkar şəxsi hakimin qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.