Polis xüsusilə külli miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz gətirilməsi faktının qarşısını alıb, Qazaxıstan vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Poti Şəhər İdarəsinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi faktının qarşısını alıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları Qazaxıstan Respublikası vətəndaşı, 1982-ci il təvəllüdlü İ.Ç.-ni Potidə, gömrük-keçid məntəqəsinin ərazisində saxlayıblar. Təqsirləndirilən şəxsin yol çantasını yoxlayarkən, polis xüsusilə külli miqdarda narkotik vasitəni maddi sübut kimi götürüb”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.