Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1983-cü il təvəllüdlü, keçmişdə müxtəlif cinayətə görə məhkum olunmuş Q.Z.-nı xüsusilə böyük miqdarda narkotik vasitəni qanunsuz əldə etmək, saxlamaq ittihamı ilə həbs ediblər.
Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaq zamanı xaricdən göndərilən mopeddə məxfi şəkildə gizlədilmiş külli miqdarda narkotik vasitə – 619 ədəd “Subutex” həbi müəyyən edilib.
Təqsirləndirilən Q. Z. onun üçün nəzərdə tutulmuş, xüsusilə külli miqdarda narkotik vasitəni gizləndiyi yerdən götürməyə cəhd edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Polis xüsusilə külli miqdarda narkotik vasitəni maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 19-260-cı maddəsinin üçüncü hissəsinin “a” alt bəndi ilə aparılır, bu isə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə olunmasını və saxlanılmasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi məlumat yayır.