Polis xüsusilə külli miqdarda narkotik maddə müsadirə edib, iki xarici ölkə vətəndaşı saxlanılıb
Polis xüsusilə külli miqdarda narkotik maddə müsadirə edib, iki xarici ölkə vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi- saxlanması və satışına kömək etmək ittihamı ilə Ukrayna və Qazaxıstan vətəndaşlarını – 2008-ci il təvəllüdlü K.K. və eyni ildə anadan olmuş A.D.-ni müxtəlif vaxtlarda saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış evlərində, həmçinin, istintaq eksperimenti zamanı onların göstərdikləri yerlərdən maddi sübut kimi külli miqdarda narkotik vasitə “metadon” götürülüb. Polis tərəfindən həmçinin narkotik vasitənin qablaşdırılması üçün lazım olan materiallar götürülüb”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.