Polis xüsusi ilə külli miqdarda narkotik müsadirə edib, bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Mtsxeta-Mtianeti Baş Şöbməsinin əməkdaşları xüsusi ilə böyük miqdarda narkotik vasitələrin qanunsuz alınması-saxlanılması və satışına dəstək ittihamı ilə əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdlü T.B.-nı saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis təqsirləndirilən şəxsin üzərində və avtomobilində axtarış zamanı satışa hazırlanmış 35 paket “Alpha PVP” narkotik vasitəni maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvarta maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.