Polis Kareli bələdiyyəsində qəsdən adam öldürmə ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi saxlayıb
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları, qəsdən adam öldürmə ittihamı ilə yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kareli bələdiyyəsinin kəndlərindən birində qarşılıqlı mübahisə zəminində yaranan münaqişə nəticəsində soyuq silahla həmkəndlisinin döş qəfəsi nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.
Aldığı xəsarət nəticəsində kişi hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, “isti izlər”lə keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətmiş şəxsi şübhəli qismində saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu da 12 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.