Polis Kaxetidə qəsdən sağlamlığa az ağır zərər vurma və zorakılıq ittihamı ilə üç nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən sağlamlığa az ağır zərər vurma və zorakılıq ittihamı ilə üç nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qarşılıqlı mübahisə zəminində yetkinlik yaşına çatmayan şəxsə və onun ailə üzvünə qarşı fiziki zorakılıq tətbiq ediblər, onlardan biri isə soyuq silahdan istifadə edərək yetkinlik yaşına çatmayana xəsarət yetirib.
Xəsarət alan gənc müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib.
Keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxslər polis tərəfindən “isti izlər”lə saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 118-ci və 126-cı maddələri ilə aparılır, bu da dörd ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyi məlumat yayır.