Polis İmeretidə qanunsuz odlu silah və sursat müsadirə edib, üç nəfər saxlanılıb
Polis İmeretidə qanunsuz odlu silah və sursat müsadirə edib, üç nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları Kutaisi, Bağdati və Vanidə müxtəlif vaxtlarda qanunsuz olaraq odlu silah və sursat əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə üç nəfəri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, saxlanılanlardan birinin evində aparılan axtarış zamanı narkotik vasitə də müsadirə edilib.

“Polis saxlanılan şəxslərin şəxsi, yaşayış evlərinə, köməkçi anbarlarına və avtomobillərinə keçirdiyi axtarış zamanı odlu silahlar, döyüş sursatı və partlayıcı qurğunu maddi sübut kimi götürüb, onların arasında avtomat tipli odlu silah, tapança, kiçikçaplı tüfəng, 100-ə yaxın silah patronu, patron darağı və əl qumbarası var.

İstintaq Cinayət Məcəlləsinin 236 və 260-cı maddələri ilə aparılır, bu da 7 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in yaydığı məlumatda deyilib.