Polis Gürcüstana xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz gətirilməsi faktı üzrə iki şəxsi saxlayıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi beynəlxalq hava limanında L.A.-nın üzərində olan kiçik ölçülü çantadan narkotik vasitə götürüblər, Q.Ç.-nin üzərindən isə Gürcüstana bədənində gizli şəkildə gətirdiyi 336 ədəd “Subotex” adlı narkotik həb götürülüb.
Polis onların hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.