Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş Bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən 1997-ci il təvəllüdlü R.Ts.-nı və 1968-ci il təvəllüdlü T.N.-nı qrup halında oğurluq ittihamı ilə həbs ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşma əsasında qrup halında Tbilisidəki bir mənzilə qanunsuz olaraq daxil olublar və külli miqdarda vəsait – 80.000 lari pul ələ keçiriblər.
Keçirilmiş istintaq hərəkətləri nəticəsində polis R.Ts. və T.N.-nı təqsirləndirilən şəxs qismində saxlayıb. Oğurlanmış vəsait hesabına alındığı ehtimal edilən avtomobil, mobil telefonlar və pul maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır, bu da 10 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.