Polis qəsdən sağlamlığa zərər vurmaq ittihamı ilə iki şəxsi "isti izlər"lə saxlayıb
Polis qəsdən sağlamlığa zərər vurmaq ittihamı ilə iki şəxsi "isti izlər"lə saxlayıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2005-ci il təvəllüdlü N.X.-nı və 2007-ci il təvəllüdlü T.X.-nı qəsdən sağlamlığa zərər vurmaq ittihamı ilə saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, cinayətlər yeddi ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli bələdiyyəsinin kəndlərindən birində keçmişdə baş vermiş mübahisə zəminində həmkəndlisi, 1992-ci il təvəllüdlü Ş.Q.-nı küt alətlə və həmçinin kəsici alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçaraq gizləniblər. Xəsarət alan kişi tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.Polis N.X. və T.X.-nı təqsirləndirilən şəxs qismində “isti izlər”lə saxlayıb. İstintaq Cinayət Məcəlləsinin 117-ci və 120-ci maddələri ilə aparılır”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilib.