Polis qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıb
Polis qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Şöbəsinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları “isti izlərlə” həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində keçmişdə dəfələrlə məhkumluq həyatı yaşamış və hazırda şərti cəza çəkən 1988-ci il təvəllüdlü M.A.-nı qəsdən adam öldürməyə cəhd faktı üzrə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin məlumatında, cinayətin 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.

“İstintaqla, təqsirləndirilən şəxsin Tbilisidə Q.Tsabadze küçəsində 1993-cü il təvəllüdlü M. Ş. -yə qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə etməklə xəsarət yetirdiyi məlum olub. Yaralı kişi tibb müəssisəsinə yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını – bıçağı sübut olaraq götürüblər.

Polis təqsirləndirilən M.A. -nı “isti izlərlə” saxlayıb.

Qəsdən adam öldürməyə cəhd faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır” – məlumatda qeyd olunub.