Polis Duşetidə baş vermiş hadisə ilə əlaqədar qəsdən adam öldürmə ittihamı ilə iki nəfəri saxlayıb
Polis Duşetidə baş vermiş hadisə ilə əlaqədar qəsdən adam öldürmə ittihamı ilə iki nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş iki şəxsi – 1984-cü il təvəllüdlü A.Ts. və 1991-ci il təvəllüdlü T.V.-nı saxlayıblar. Bu barədə DİN məlumat yayır.

Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, Duşeti bələdiyyəsinin Baqa kəndində təqsirləndirilən şəxslər mübahisə zəminində, xüsusi amansızlıqla, odlu silahdan istifadə etməklə, 1984-cü il təvəllüdlü M.B.-yə öz yaşayış evində həyatla uzlaşmayan xəsarətlər yetiriblər, nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq gizlənib. Polis tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində A.Ts. və T.V.-nı təqsirləndirilən şəxs qismində saxlayıb”, – deyə DİN-in yaydığı məlumatda deyilib.