Polis Batumidə zorakılıq və narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb
Polis Batumidə zorakılıq və narkotik cinayəti ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin (DİN) Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları zorakılıq, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və qanunsuz satılmasına cəhd, həmçinin tərkibində narkotik maddə olan bitkilərin qanunsuz becərilməsi ittihamı ilə xarici ölkə vətəndaşı – 1982-ci il təvəllüdlü İ.K.-nı saxlayıblar. DİN məlumat yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə qarşılıqlı mübahisə zəminində 1987-ci il təvəllüdlü D. Q.-yə fiziki zorakılıq tətbiq edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq tədbirləri nəticəsində İ.K. təqsirləndirilən şəxs qismində saxlayıblar. Onun yaşayış evində aparılan axtarış nəticəsində “marixuana” və “bitki mənşəli kannabis” götürülüb. Polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materialları maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 126-cı, 260-cı, 260-cı Kvarta və 265-ci prima maddələri ilə aparılır, bu da 12 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında qeyd olunur.