Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları, soyğunçuluq ittihamı ilə əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü M.M.-ni saxlayıblar. Bu barədə DİN məlumat yayır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs K.M.-yə məxsus avtomobili qanunsuz olaraq ələ keçirib və gizlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində M.M. polis tərəfindən “isti izlər”lə saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılır, bu da 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in bəyanatında qeyd edilib.