Polis Acarada narkotik vasitələr ələ keçirib, iki xarici ölkə vətəndaşı saxlanılıb
Polis Acarada narkotik vasitələr ələ keçirib, iki xarici ölkə vətəndaşı saxlanılıb

Polis Acarada xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, eləcə də tərkibində narkotik maddə olan bitkilərin qanunsuz əkilməsi və becərilməsi ittihamı ilə xarici ölkə vətəndaşlarını – 1994-cü il təvəllüdlü M.E. və 1997-ci il təvəllüdlü R.A.-nı müxtəlif vaxtlarda saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və yaşayış sahələrinə baxış zamanı külli miqdarda narkotik vasitələr, o cümlədən “kokain”, “MDMA”, “klefedron”, “çətənə bitkisi” və “qurudulmuş marixuana”nı maddi sübut kimi götürüblər.

Həmçinin narkotik vasitələrin kultivasiyası (becərilməsi) üçün zəruri olan materiallar da götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 265-ci əlavə maddələri ilə aparılır, bu da 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.