Daxili İşlər Nazirliyinin Acara Polis İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində xüsusi ilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə edilməsi, saxlanılması və işə keçirilməsinə cəhd ittihamı ilə 1993-cü il təvəllüdlü O.K. və Moldova Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü M.P. saxlayıb.
Cinayətlər 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Batumidə hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin evlərində apardıqları axtarış nəticəsində maddi sübut kimi narkotik vasitələr götürüblər: “Alpha-PVP”, “Clephedrone” və “Metadon”. Polis həmçinin satış məqsədi ilə yerləşdirilmiş narkotik vasitələri, elektron tərəziləri və yapışqan lentləri götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 19-260-cı maddələri ilə istintaq aparılır.