Polis Acarada İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.
Saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi əsasında xuliqanlıq və başqasının əmlakını qəsdən məhv etmə və ya zədələmə ittihamları ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi “Sarpi” gömrük-keçid məntəqəsinin ərazisində saxlayıblar.
Hazırda saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.