Daxili İşlər Nazirliyinin Sameqrelo, Zemo-Svaneti Polis Departamenti və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, keçmişdə xüsusilə ağır cinayətlərə görə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Q. Z. Sameqrelo bölgəsində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, Q. Z. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə 2018-ci ildən axtarışda idi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Q. Z. penitensiar müəssisəyə köçürülüb.