Piter Stano – Rusiya prezidenti olduqca təhlükəli nüvə oyununu dayandırmalıdır, o, nüvə elementindən terror arsenalı kimi istifadə edir, bu qəbuledilməzdir
Rusiya prezidenti özünün olduqca təhlükəli nüvə oyununu dayandırmalıdır – bu barədə Avropa Komissiyasının nümayəndəsi Piter Stano mətbuat konfransında açıqlayıb.
O, beynəlxalq ictimaiyyətin bu cür ehtiyatsız davranışı dayandırması üçün Putinə təzyiq göstərməli olduğunu bildirib.
“Putin nüvə oyunu oynayır. O, nüvə elementindən terror arsenalı kimi istifadə edir, bu qəbuledilməzdir. Düşünürəm ki, bu, onun bütün niyyətlərini, Ukrayna xalqına qarşı bu qanunsuz və əsassız müdaxiləni, təcavüzü davam etdirmək üçün nə qədər irəli gedə biləcəyini açıq şəkildə göstərir” – deyə Piter Stano bildirib.
Həmçinin, Avropa Komissiyasının nümayəndəsi Avropa İttifaqının Ukraynanın işğal olunmuş rayonlarında keçirilən “saxta, qeyri-qanuni referendumları” tanımadığını açıqlayıb.
“Prezident Putinin çıxışı və onun qondarma referendumlar və qismən səfərbərlik haqqında bəyanatları sülhün Putinin marağında olmadığının daha bir sübutudur. O, təcavüzkar müharibəsini təşviq etməkdə maraqlıdır. Bu, həm də onun çarəsizliyinin başqa bir əlamətidir”- deyə Piter Stano bildirib.