Piter Stano – İran Rusiyaya dronların tədarükünü davam etdirsə, Aİ ona qarşı yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırdır

18:54, 24.10.2022

 

İran Rusiyaya dronların tədarükünü davam etdirsə, Aİ ona qarşı yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırdır-bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin sözçüsü Piter Stano bildirib.

Onun sözlərinə görə, Rusiyaya hərbi texnikanın tədarükü qəbuledilməzdir, bununla bağlı Avropa İttifaqının dəqiq mövqeyi var.

“Aİ-nin tərəfdaşlarımızla, o cümlədən İranla təmaslarında Rusiyaya Ukrayna ərazisində, Ukrayna xalqının mülki infrastrukturuna qarşı müharibəni davam etdirməyə imkan verən hərbi texnikanın tədarükünün qəbuledilməz olması ilə bağlı aydın mövqeyi var. Bu, çox güclü və prinsipial siqnaldır, ötən həftə Aİ-nin yüksək rütbəli rəsmisi ilə iki telefon danışığı zamanı İranın xarici işlər nazirinə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının qərarı çatdırılıb”-deyə Piter Stano bildirib.

Piter Stano bildirib ki, Aİ-yə üzv ölkələr dəlillərə əsaslanaraq dronların tədarükünə qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər.

“İttifaq qeyd olunan məsələni indi də diqqətlə izləyir. Əgər bu cür hərəkətlər davam edərsə və yeni ifadələr, sübutlar alsaq, biz hərəkətə davam edəcəyik” – deyə Piter Stano bildirib.

Oxşar