Piter Siyarto - Macarıstan Avropa İttifaqının Ukraynadakı hərbi əməliyyatını və ya sülh prosesinə mane olacaq heç bir qərarı dəstəkləməyəcək
Macarıstan Avropa İttifaqının Ukraynadakı hərbi əməliyyatını dəstəkləməyəcək, – bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto sosial şəbəkədə yazıb.
Siyarto bu gün Kopenhagendə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edir.
Siyarto bildirdiyinə görə, Macarıstan Avropa İttifaqının Ukraynadakı hərbi əməliyyatını və sülh yolu ilə nizamlanmaya mane olacaq hər hansı digər qərarı dəstəkləməyəcək.
“Düşünürəm ki, bu gün onlar müqavimətimizi və sülhü dəstəkləyən mövqeyimizi sındırmağa çalışacaqlar. Aydın məsələdir ki, onlar Ukraynaya yeni maliyyə köçürmələri və silah tədarükünü bizə qəbul etdirməyə çalışacaqlar. Onlar Ukraynaya Aİ-yə doğru irəliləməyə təkan verməyə çalışacaqlar. Onlar Avropa İttifaqının hərbi əməliyyatı haqqında qərar qəbul etmək istəyirlər, amma biz Macarıstanın maraqlarına zidd olan və sülh prosesinə mane olan heç bir qərarı dəstəkləməyəcəyik”, – deyə Siyarto yazır.