Piter Siyarto bildirir ki, Ukraynanın NATO-ya üzv olması mümkün deyil və qapalı qapı arxasında aparılan danışıqlarda bu mövqeyi alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin əksəriyyəti bölüşür
Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər, – bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto bildirib.
“Düşünürəm ki, kim bu mövzuda aydın ağıl ilə fikirləşirsə, bu cür təhlükə yaratmaq istəmir. Ona görə də Macarıstanın mövqeyi aydındır: Ukraynanın NATO-ya üzv olması mümkün deyil”, – deyə Siyarto bildirib.
Onun dediyinə görə, bu mövqeyi qapı arxasında aparılan danışıqlarda NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin əksəriyyəti bölüşür.