Piter Siarto bildirir ki, Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejiminə dair razılaşmanı dayandırır, lakin vizaların verilməsini tamamilə dayandırmaqdan imtina edir
Macarıstanın xarici işlər naziri bildirir ki, Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejiminə dair razılaşmanı dayandırır, lakin vizaların verilməsini tamamilə dayandırmaqdan imtina edir. Macarıstanın xarici işlər naziri Piter Siartonun bu barədə bəyanatını “Reuters” yayır.
Piter Siarto şəxsən özünün Rusiya vətəndaşlarına viza verilməsinə tam qadağa qoyulmasının tərəfdarı olmadığını, eləcə də bir neçə ölkənin belə davrandığını bildirib.
O, həmçinin əlavə edib ki, Macarıstan sentyabrın 1-dən Rusiyadan əlavə həcmdə təbii qaz alacaq saziş imzalayıb.