Piter Fişer - necə dövlət və cəmiyyət istədiklərinə gürcülər qərar verməlidirlər, hərçənd, siz Avropa İttifaqının üzvü olmaq istəyirsinizsə, azad və plüralist media mühitiniz olmalıdır
Gürcüstan 2023-cü ilin dekabrından Avropa İttifaqına namizəd ölkə statusuna malikdir. Bu, Avropa İttifaqının birliyə qoşulmaq üçün bizə verə biləcəyi əla təklif və hədiyyədir, lakin ötən ilin iyun ayından Gürcüstanla bu məsələ ilə bağlı danışıqlar dayandırılıb, çünki ölkə Avropa İttifaqından uzaqlaşır, – bu barədə Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer bildirib.
“Sizin hələ də namizəd statusunuz var, amma indi heç nə baş vermir. Azad və plüralist jurnalistika demokratiyanın təməlidir. Necə dövlət və cəmiyyət istədiklərinə gürcülər qərar verməlidirlər, amma Avropa İttifaqının üzvlüyünü istəyirsinizsə, azad və plüralist media mühitinə sahib olmalısınız, bu şərtdir, əgər olmasa, bizə qoşula bilməyəcəksiniz. Buna görə də bu məsələ ilə bağlı akademik hesabatımıza qoşula bilməzsiniz”, – Fişer bildirb.
Bununla yanaşı, Almaniya səfirinə sanksiyalarla bağlı sual da ünvanlanıb.
“Almaniya Gürcüstanda davam edən etiraz aksiyalarının iştirakçılarına qarşı insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan bəzi gürcülərin ölkəyə girişinə məhdudiyyətlər qoyub. Bizdə şəxsi məlumatların qorunması ilə bağlı qanun var, ona görə də bizə məlumatı ictimailəşdirmək qadağandır”, – səfir qeyd edib.