Pit Heqsett - İrana bu gün ən kütləvi zərbələr endiriləcək, İran rəhbərliyi ağır vəziyyətdədir, Ali Liderin yaralandığı bildirilir
Pit Heqsett - İrana bu gün ən kütləvi zərbələr endiriləcək, İran rəhbərliyi ağır vəziyyətdədir, Ali Liderin yaralandığı bildirilir

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, bu gün İrana ən kütləvi zərbələr endiriləcək.

“İlk gündən döyüşçülərimiz dəqiq və sürətlə vuruşublar və bu gün müharibə tarixində İran və Tehrana ən böyük kütləvi zərbələr endiriləcək. Şiddət yalnız artır”, – deyə Heqset qeyd edib.

İranın yeni Ali Lideri haqqında danışan Heqset yaralandığını bildirib. Bunun sübutu kimi isə ayətullah Möctəba Xameneinin yalnız yazılı bəyanat yaymasını göstərir.

“İran rəhbərliyi ağır vəziyyətdədir. Onlar gizlənirlər, yeraltında gizlənirlər. Yeni, Ali Lider yaralanıb və ehtimal ki, şikəst edilib. O, dünən yazılı bəyanat dərc edib, nə səs, nə də video olmayıb. Niyə? Düşünürəm ki, başa düşə bilərsiniz. Atası həlak olub. Özü də qorxur, yaralanıb, gizlənir və heç bir legitimliyi yoxdur. İranı kim idarə edir? Bəlkə də İranın özü də bilmir”, – deyə ABŞ müdafiə naziri izah edib.

Məlumat üçün bildirək ki, İran dövlət televiziyası dünən yeni mənəvi lider Ayətullah Müctəba Xameneinin ilk müraciətini yayımlayıb.