Petro Poroşenko 2014-cü ildə Maydanda həlak olanların xatirəsini yad etdi

19:24, 20.02.2018

Ukrayna prezidenti, Petro Poroşenko 2014-cü ildə Maydanda həlak olanların xatirəsini yad etdi.

Ukrayna prezidentinin mətbuat katibinin, Sviatislav Seqolkonun tviterdə yazdığına görə,  Petro Poroşenko həyat yoldaşı ilə birlikdə memorialı gül-çiçək dəstələri ilə bəzədi və şamlar yandırdı.

20 fevral Ukraynada, Maydanda həlak olanların xatirəsi günüdür. Bu gün ilə əlaqədar ölkədə matəm tədbirləri keçirilir.

2014-cü ildə Maydanda baş verən hadisələr zamanı 100-dən artıq insan həlak oldu. O cümlədən gürcülər, Davi Kipiani və Zurab Xurtsiya.

Oxşar