Petre Çiskarişvili - Ölkədə ədalət olsaydı, Mişa Saakaşvili kitablarını özü paylayardı
Petre Çiskarişvili - Ölkədə ədalət olsaydı, Mişa Saakaşvili kitablarını özü paylayardı

 
Ölkədə ədalət olsaydı və İvanişvilinin klanı ədliyyə sistemini qəsb etməsəydi, bu kitabları Mişa Saakaşvilinin özü paylayardı – bu haqda “Birlik – Milli Hərəkat”ın baş katibi Petre Çiskarişvili partiyanın Qori ofisində Mixeil Saakaşvilinin kitabının təqdimatında deyib.

Çiskarişvili bildirib ki, “Saakaşvili xalqla görüşməlidir, o, kampaniyada tam şəkildə iştirak etməlidir, ona bunun üçün imkan verilmir, çünki bu rejim ən çox Mişadan qorxur”.

“Onlar bilirlər ki, Saakaşvilinin bayırda olmasıyla, onun səkkiz il ərzində apardığı islahatlarla, Saakaşvilinin Gürcüstanın gələcəyinə baxışı ilə, yəqin ki, minlərlə insan bura toplaşardı. Onların arasında “Gürcü Arzusu”nun bu gün özünə tərəfdar hesab etdiyi insanlar da var, belə insanlar da Mişanın yanında olardılar. Onun qapalı saxlanılmasının, təcrid olunmasının səbəbi məhz budur, lakin 26 oktyabr gürcü xalqının Gürcüstanla birlikdə onu azad edəcəyi, kursumuzu Avropaya çevirəcəyi tarixi gün olacaq. Heç kim təcrid və yoxsulluq istəmir. Biz tarixən Avropaya, tərəqqiyə, inkişafa və çiçəklənməyə doğru bu seçimi artıq etmişik” – Petre Çiskarişvili bildirib.