Petr Pavel – Müharibənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında qalması olacaq, hərçənd bu, illərlə davam edə bilər
Ukrayna öz məqsədlərində realist olmalıdır – bu haqda Çexiyanın Prezidenti, NATO-nun sabiq generalı Petr Pavel “New York Times” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev etiraf etməlidir ki, bəzi ərazilər heç olmazsa müvəqqəti olaraq Rusiyanın nəzarətində qala bilər.
“Müharibənin ən çox ehtimal olunan nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında qalması olacaq” -Pavel bildirib və qeyd edib ki, bu “müvəqqəti məsələ” illərlə davam edə bilər.
Çexiyanın Prezidentinin sözlərinə əsasən, nə Ukrayna, nə də Rusiya maksimalist məqsədlərə çatmağı gözləməlidir.
“Ukraynanın məğlubiyyətindən və ya Rusiyanın məğlubiyyətindən danışsaq, bu, sadəcə olaraq baş verməyəcək. Belə ki, son ortada bir yerdə olacaq” – Petr Pavel deyib.