Peter Siyarto - Budapeşt Avropa İttifaqının Rusiya əleyhinə 20-ci sanksiyalar paketinin qəbul edilməsini bloklayacaq
Peter Siyarto - Budapeşt Avropa İttifaqının Rusiya əleyhinə 20-ci sanksiyalar paketinin qəbul edilməsini bloklayacaq

Macarıstanın xarici işlər naziri Peter Siyarto bazar ertəsi günü Budapeştin Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı iyirminci sanksiyalar paketinin qəbul edilməsinə mane olacağını bildirib. O, bu barədə sosial şəbəkədə yazıb.

Siyartonun sözlərinə görə, bunun səbəbi Ukraynanın “Drujba” boru kəməri ilə neft nəqlini həyata keçirməməsidir.

“Ukrayna “Drujba” boru kəməri ilə Macarıstan və Slovakiyaya neft nəqlini bərpa edənə qədər Macarıstan bunu bloklayacaq, biz Kiyev üçün vacib qərarlar qəbul edilməsinə imkan verməyəcəyik”, – Macarıstanın xarici işlər naziri bildirib.

Ukrayna Xarici İşlər Nazirliyində bildirirlər ki, “Drujba” boru kəməri Rusiyanın hücumları nəticəsində zədələnib və bu da Macarıstan və Slovakiyaya neft tədarükü mümkün olmur və bu barədə Ukrayna hökuməti onları məlumatlandırıb.